Sərgi stendləri haqqında
Artıq 10 ildən çoxdur ki, ölkəmizdə müxtəlif sərgilər keçirilir. Biz nümunə olaraq ölkəmizdə keçirilən sərgilərə “Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi”, “Azərbaycan Beynəlxalq Təhsil Sərgisi”, “Azərbaycan Beynəlxalq Karyera Sərgisi” və s. göstərə bilərik. Sərginin mahiyyətini aydınlaşdırsaq deyə bilərik ki, sərgi mühüm eksponatları özündə cəmləşdirən kolleksiyaların ictimai nümayişi üçün nəzərdə tutulan layihədir. Sərgilərin əhəmiyyətini nəzərə alıb xüsusi olaraq qeyd edə bilərik ki, sərgilər müəyyən bir sahəyə (bura müxtəlif sahələri daxil etmək olar misal üçün təhsil sahəsi, reklam sahəsi və s) aid olan peşəkarları bir araya toplamaq üçün mükəmməl bir platformadır. Sərgilər zamanı müxtəlif dizaynda, müxtəlif üslublarda olan sərgi stendləri hər birimizin diqqətini çəkmişdir. Məlum məsələdir ki, sərgi stendləri sərgi iştirakçılarının biznesinin tanınması üçün mühüm əhəmiyyətə malikdir. Sual oluna bilərki sərgi stendi nədir?
Biz bu suala belə bir tərif verə bilərik. Sərgi stendləri – şirkətin müasir formada təqdimatıdır. Sərgi stendi – sərgi mərkəzlərinin ərazisində məhsul və xidmətlərin təqdimatı və ya təqdimatı üçün şirkətə ayrılmış marka məkandır. Sərgi stendi, sərgi şirkəti tərəfindən müştərinin texniki tapşırığı əsasında yaradılan bir müəssisənin təsviridir.
Sərgi stendləri sərgilər zamanı potensial müştərilərinizin sizin məhsul və xidmətləriniz haqqında daha geniş məlumat əldə etmələri məqsədi ilə istifadə olunur. Stendlərin üzərində sizin istehsal etdiyiniz və ya satışını həyata keçirtdiyiniz məhsulların mümkün nümunələri, məhsul və xidmətləriniz haqqında məlumatların əks olunduğu kataloq, buklet, flayer, elektron tablo və s. məlumatverici promo məhsulları yerləşdirilir. Sərgi stendlərinin nümayişi zamanı siz rahatlıqla potensial müştərilərinizə məhsul və xidmətləriniz haqqında istədiyiniz məlumatı verə, qida məhsullarını daddıra və müştərilərinizə məhsullarınızdan test üçün istifadə etmək imkanı yarada bilərsiniz.
Sərgi stendi ilə bir sərgidə iştirak etməyin üstünlükləri:
- Şirkət imicini yaratmaq
- B2B, B2C-yə istənilən səviyyəyə tez çatmaq imkanı
- Kommersiya müqavilələrinin bağlanması
- Şirkət statusunun gücləndirilməsi
Sərgi stendlərinin növləri:
Sərgi stendlərinin aşağıdakı növləri fərqlənir:
- Səyyar sərgi stendləri
- Standart sərgi stendləri
- Eksklüziv sərgi stendləri
- Mobil sərgi stendləri
Səyyar sərgi stendləri adi istifadə edilə bilən . Bu tip stendlərin önəmliliyini müəyyən edən amil nəqliyyatda rahat daşınma ilə yanaşı və mobil olmasıdır.
Mobil stendlərin cəlb edici olmasının digər səbəbləri:
- Münasib qiymət
- Yığcamlıq-kompakt
- Bir nəfər tərəfindən yığılma və daşınma imkanı
- Kiçik məkanlarda istifadə
Səyyar sərgi stendlərinin ən çox yayılmış növləri:
- Roll-up
- Pop-up
- POS-stendlər
Əlavə olaraq buraya reklam sərgi stendlərini qeyd edədə bilərik. Reklam sərgi stendləri – hər hansı bir məhsul istehsalçısının ya distrubitorunun market və ya marketlər şəbəkəsində tətbiq edilir. Belə stendlər bazar içində bazar, supermarket içində supermarketdir. Belə stendlər müştərilərin daha çox istifadə etdikləri məhsulların vitrinlərinə yaxın qurulur. Sərgi atendləri canlı müştərini ələ keçirmək üçün ən yaxşı reklam vasitələrindən biridir. Çünki, marketə hansısa vacib ehıyacı olan məhsulları almağa gedən müştərinin diqqətini özünə çəkir.