Düzgün araşdırma etməyin yolları
Düzgün araşdırma etməyin yolları
Müasir dövrümüzdə texnologiya insanların ayrılmaz bir parçasına çevrilmişdir. Hər hansısa bir araşdırma etmək üçün çox uzağa getmədən elə oturduğumuz yerdə öz smartfonumuzdan istifadə edərək bizə lazım olan müəyyən bir məsələni çox rahatlıqla araşdıra bilirik. Belə olan halda vaxtımıza qənaət etmiş oluruq. Keçmiş zamana nəzər salsaq araşdırma aparmaq həm vaxt cəhətdən, həm də lazımı məlumatın tapılması baxımından insanların işini xeyli ləngidirdi.
Söhbət araşdırmadan gedirsə qeyd edə bilərik ki, son zamanlar insanlar müəyyən araşdırma aparmaq üçün sosial şəbəkələrə üz tuturlar. Belə olan halda ən çox axtarış brauzerlərindən istifadə edilir. Ölkəmizdə və həmçinin dünyada ən çox istifadə edilən axtarış brauzeri “Google Chrome”-dur.
Bildiyimiz kimi hər gün milyonlarla axtarış edilir. Lakin doğru və dəqiq məlumatı tapmaq o qədərdə asan məsələ deyildir. Düzgün araşdırma etmək üçün konkret olaraq nə axtardığını və harada axtarmalı olduğunu mütləq bir şəkildə bilmək lazımdır.
Bu blog yazımızda düzgün araşdırma etməyin yolları barəsində danışacayıq.
Bir axtarışla kifayətlənmə. İnsanlar çox vaxt bir dəfə axtarış etməklə, qarşılarına çıxan ilk mənbə ilə kifayətlənirlər. Lakin bu hər zaman effektli olmur. Çətin mövzular barəsində bir neçə axtarış etmək şərtdir. Əgər daha effektli nəticə əldə etmək istəyirsinizsə bir neçə dəfə axtarış etməyiniz tövsiyyə edilir.
Etibarlı mənbələrdən istifadə et. Araşdırma etdiyiniz saytın etibarlı olmasına əmin olmaq lazımdır. Qarşınıza çıxan hər saytdan araşdırma etmək doğru deyildir. İlk öncə mövcud saytı analiz etməyiniz vacibdir. Daxil olduğunuz sayt sizin araşdırma apardığınız mövzu istiqamətindəmi fəaliyyət göstərirmi? Lazimi cavabları burada tapa bilmisinizmi? Məhz bu kimi nüanslarla axtarış etdiyiniz saytın etibarlı olub olmamağını təyin etmək lazımdır.
Ətraflı axtarışa başlayıb işin konkretləşdir. Axtarışa başlayan zaman ətraflı araşdırma etmək lazımdır. Tapdığınız məlumatlar daha sonra sizə lazım olan məlumata yaxın bir açar sözü yarada bilər. Beləliklə sizə lazım olan məlumatı konkret olaraq tapa bilərsiz.
Lazım olan cavabı axtarışda yazma. Axtarış zamanı sizə lazım olan cavabı axtarış hissəsində sual şəklində yazmayın. Belə hal axtarış zamanı sizi çox vaxt yanlış məlumata yönləndirə bilər. Bu səbəbdən dolayı çalışın açar sözlərdən istifadə edin.
Açar sözlər. Lazımı məlumatı əldə etmək üçün müxtəlif üsullarla axtarış etmək lazım olur. Belə bir halda açar sözlər xüsusi rol oynayır. Məhz biz fərqli açar sözlərdən istifadə edərək lazımlı məlumatı axtarıb tapa bilərik.
Fərqli tərzdə (şəkil, video və s.) axtar. Araşdırma edən zaman nə axtardığını bilmək vacibdir. Ola bilsinki axtardığımız məlumat brauzerdə yazılı deyil, şəkil və ya video halında ola bilər. Məhz bu səbəbdən dolayı araşdırma etdiyiniz mövzunun nüanslarına xüsusi olaraq diqqət yetirməlisiniz.
Yuxarıda qeyd edilən nüanslara diqqət yetirməklə lazımı məlumatı dəqiq, dolğun və etibarlı bir mənbədən araşdırıb tapa bilərsiniz.